hamilelikde qalxanbenzer vezi xestelikleri

October 2, 2019 by masterman

Hamiləlikdə uşaqsalma və qalxanabənzər vəzi
Qalxanabənzər vəzi xəstəlikləri, qadınlarda menstrual tsikli və ovulyasiyanı (yumurtlama) pozaraq hamiləliyə mane olur.
Uşaq istədiyi halda hamilə qala bilməyən qadınlarda TSH, sərbəst T3, sərbəst T4 və anti-TPO (tireoperoksidazaya qarşı anticisimlər) yoxlanılmalıdır. TSH (tiroid stimulə edici hormon) səviyyəsi yüksək olan qadınlara tireoid hormonu əvəzedici dərmanlar yazıla bilər. Anti-TPO səviyyəsi yüksək olan lakin hamilə qala bilməyən qadınlara da əvəzedici tiroid terapiyası tətbiq edilə bilər. Selenium terapiyası da bu qadınlar üçün faydalı ola bilər.
Qalxanabənzər vəzi hormonların çox və ya az sekresiyası qadınlarda menstrual tsikli pozur və hamiləliyə mane olur.
Tiroid hormonlarının sekresiyası yüksək olan (zəhərli zob) qadınlara isə başqa müalicə planı təyin olunur.
Hamilə qala bilməyən qadınlarda yod çatışmazlığının olub-olmadığı yoxlanılmalıdır. Yod çatışmazlığı ovulyasiyanı poza bilər.
Hamilə qala bilməmək və ya sonsuzluq problemi qadınlarda əsasən endometriozis adlanan yumurtalığın daxilini örtən təbəqənin xəstəliyi (11%), yumurtalıq kanallarının xəstəliyi (30%) və yumurtalıqların düzgün işləməməsi (59%) səbəbiylə yaranır.
Hamilə qala bilməyən qadınların 18%-nin qanlarında anti-TPO səviyyəsini yüksək olduğu aşkarlanmışdır. Bununla yanaşı, endometriozis xəstəliyi olan qadınların 50%-də, yəni hər iki xəstədən birində anti-TPO səviyyəsini yüksək olduğu müəyyən edilmişdir. Bu antitelin yüksək olmasının hamiləliyə necə mane olduğu isə tam öyrənilməmişdir. Məlum olan mexanizm bu antitellərin tiroid hormonlarının sekresiyasının azalmasına səbəb olması və ovulyasiyanı pozmasıdır.
Anti-TPO antiteli yüksək olan və tiroid hormonlarının sekresiyası az olan qadınlarda süni mayalandırmada müvəffəqiyyət faizi aşağıdır. Bu səbəbdən bu qadınlar süni mayalandırmadan öncə müalicə almalıdır. İn vitro mayalandırma (süni mayalandırma) yolu ilə dünyaya uşaq gətirmək istəyən qadınlarda anti-TPO səviyyəsi yüksək olduqda, uğursuzluq riski artır. Qalxanabənzər vəzinin normadan az işləməsi menstrual tezliyi azaldır və menstruasiya zamanı qanaxmanın miqdarını artırır. Qanaxmanın yüksək olması bu xəstəlikdə yaranan qan laxtalanmasının azalmasına və ya qanın həddindən artıq durulaşması ilə bağlıdır. Hipotiroidizmi olan qadınların 23.4%-də menstrual nizamsızlıq müşahidə olunur.
Qalxanabənzər vəzi normadan az işləyən qadınlarda cinsi istək azaldığı üçün ovulyasiya pozulur və hamilə qalma şansı da, azalır. Qalxanabənzər vəzin yüngül çatışmazlığı (subklinik hipotiroid) olan qadınlar (sadəcə TSH hormonu yüksək, T3 və T4 hormonu normal olanlar) hamilə qalsalar da, dölün inkişafdan qalması və düşmə riski yüksəkdir.
Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, süni mayalandırmaya müraciət edəcək qadınlar və ya sonsuzluq problemi olan qadınlar mütləq TSH, T4 və anti-TOP antitelini yoxlatdırmalıdır. Anada tiroid hormonlarının normal olması xüsusilə hamilələyin ilk üç ayında döl beyninin inkişafı üçün çox vacibdir. Ana bətnindəki uşağın beyin inkişafı bu ilk üç ayda anadan göbək bağı ilə gələn tiroid hormonlarından asılıdır. Anada tiroid hormonlarının sekresiyası az olduqda, körpənin beyni yaxşı inkişaf etmir. 12-ci həftədən sonra körpə tiroid hormonlarını özü ifraz etməyə başladığı üçün ilk 3 ay böyük əhəmiyyət daşıyır. Anada hamiləliyin əvvəlində qalxanabənzər vəzin çatışmazlığının olması (tiroid hormonlarının sekresiyasının az olması) körpənin zəka səviyyəsinin (İQ) aşağı olmasına səbəb olur. Aparılan elmi araşdırmalar nəticəsində tiroid hormonları az olan anadan doğulan uşaqlarda zəka səviyyəsinin 35%-dən az olduğu aşkar olunmuşdur. Bu uşaqların məktəbdə uğurları və dostları ilə münasibətləri də aşağı səviyyədədir. Bu səbəbdən hamilə olduğunu öyrənən bütün analar vaxt itirmədən tiroid hormonlarını müayinə etdirməlidirlər.
Hər 100 hamilə qadının 2 və ya 3-də diaqnoz qoyulmamış qalxanabənzər vəzi çatışmazlığı var. Bu, xüsusilə qanında anti-TPO səviyyəsi yüksək olan hamilə qadınlarda daha yüksək olub 15% nisbətində rast gəlinir. Bu səbəbdən hamilə qalmadan öncə qanınızda anti-TPO səviyyəsinin yüksək olması hamiləlikdə qalxanabənzər vəzin çatışmazlığının baş verməsi riskinin yüksək olması deməkdir.
Hamiləlik dövründə yod çatışmazlığı olan qadınlarda da tiroid hormonlarının sekresiyasında azalma baş verir. Bu səbəbdən hamiləlik dövründə yodlaşdırılmış duz qəbul etmək vacibdir.
Daha əvvəldən qalxanabənzər vəzin çatışmazlığı varsa, istifadə etdiyiniz Levotiroksin dərmanın dozasını hamilə qaldığını öyrəndiyiniz vaxt tənzimləmək üçün həkimə müraciət edərək müayinələrdən keçin.
Qalxanabənzər vəzin çatışmazlığı olan hamilə qadınlarda düşmə riskinin yüksəldiyini unutmayın. Tiroid hormonları normadan az işləyən qadınlarda uşaqsalma sayının hamiləliyin 4-6-cı ayları arasındakı müddətdə dörd dəfə daha çox olduğu müəyyən edilmişdir.
Tiroid hormon çatışmazlığı aşkarlanan hamilə qadınlarda müalicə çox asandır. İstifadə edəcəyiniz Levotiroksin dərmanı hormonlarınızı dərhal tənzimləyir.
Körpənin beyninin inkişafına təsir edən digər bir hal ananın zəruri miqdarda yod qəbul edib-etməməsidir. Hamiləlik və süd ilə qidalandırma dövründə yod çatışmazlığı körpələrin beyninin inkişafdan geri qalmasına səbəb olur. Hamilə və ya körpəsini süd ilə qidalandıran qadınlar yod ehtiyacını yodlaşdırılmış duz və ya tərkibində yod olan multivitaminlər qəbul edərək ödəyə bilər. Hamilə qadınlar gündə 200 mq yod qəbul etməlidir. Bu miqdarda yod multivitaminlərin tərkibində olan yodla təmin edilə bilər. Süd ilə qidalandırma dövründə isə qadınların gündə 200 mq yod qəbul etməsi vacibdir.

 

ƏLAQƏ MƏLUMATLARI

(050) 319-33-83

İŞ SAATLARI
B.ERT.-ŞƏNBƏ: 08:00 – 17:00

© Zobhekimi.az Bütün hüquqlar qorunur.