Düyünlü ur xəstəliyi (düyünlü zob) nədir?

zobhekimi-az.jpg
01/Apr/2019

Ətraf qalxanabənzər vəzi parenximasından fərqli olan və radioloji olaraq ayırd edilə bilən,  zədələnmə sahəsinə tiroid düyünü (düyünlü zob) deyilir.

Tiroid düyünləri xəstənin özü tərəfindən və bəzən həkimin fiziki müayinəsi zamanı boyunda kütlə ələ gəlməsi ilə,  USM və ya başqa müayinə metodları zamanı təsadüfən (insidental) aşkar edilə bilər.

Rast gəlmə tezliyi: Palpasiya ilə  (əl ilə müayinə zamanı) kişilərdə 1% və qadınlarda 5% təşkil edir.Ultrasəs müayinəsinin yayılması ilə bu rəqəm artaraq 19%-68% təşkil etmişdir.

ABŞ-da otopsiyaların nəticəsinə görə tiroid düyünlərinin rast gəlmə tezliyi 50% olaraq göstərilmişdir.

Düyünlü zob xəstəliyi tək və çox düyünlü olaraq özünü göstərə bilər.

Bunlar da, öz növbəsində zəhərli və zəhərsiz (eutiroid vəziyyət) formada ola bilərlər.

Düyünlü ur xəstəliyi hələ xərçəng demək deyil və onların çox az bir hissəsi xərçəng xəstəliyi riski daşıyır.

Belə ki, bütün tiroid düyünlərinin ancaq ~ 7%-15%  xərçəng xəstəliyi riskini daşıyır (yaşdan, cinsdən, radiasiyaya məruz qalmadan, genetikadan və digər faktorlardan asılı olaraq).

 


tiroid-xercengi.jpg
01/Apr/2019

Qalxanabənzər vəzi boyunun orta xəttində yerləşir və təxminən 20-25 qram ağırlığındadır.

Qalxanabənzər vəzi yod elementi istifadə edərək bədən üçün hormon istehsal edir və bu hormon orqanizmdə gedən metabolik prosessləri nizamlayır.

Tireoid vəzi xəstəlikləri insanlarda  çox rast gəlinir, belə ki, təxminən hər 10 nəfərdən 3-də təsadüf edilir və adətən asimptomatik seyirlidirlər. Ancaq tireoid düyünlərinin  bəziləri xərçəng olaraq ortaya çıxır və yaxud daha sonra xərçəng xəstəliyinə çevrilə bilirlər.

Digər xərçəng növləri ilə müqayisədə daha az rast gəlinir, statistik olaraq bütün xərçənglərin 1 % təşkil etməkdədir və nisbətən yaxşı proqnoza malikdirlər.

Qadınlarda kişilərə nisbətən daha çox təsadüf edilir.

Qalxanabənzər vəzi xərçəngi, vəzin öz hüceyrələrindən əmələ gəlir və 4 əsas növü möcuddur.

  1. Papillyar
  2. Follikulyar
  3. Medullyar
  4. Anaplastik

   Papilyar xərçəng: Daha yaxşı proqnoza malikdir və bütün tireoid karsinomaların

təxminən 80-85% təşkil etməkdədir. Hər yaşda rast gəlinə bilər ancaq 40 yaş

ərəfələrində daha çox qeyd edilmişdir. Radioaktiv yod-131 müalicəsinə  yaxşı cavab

verir.

   Follikulyar xərçəng: Papilyar xərçəngdən sonra ən çox rast gəlinən növüdür

(təxminən 10-15% ) və papilyara görə daha surətli yayılma göstərir. Radioaktiv yod-131 müalicəsinə yaxşı cavab verir.

Medulyar xərçəng: Tireoid vəzisindəki C hüceyrələrindən qaynaqlanır və bütün tireoid xərçənglərinin təxminən 3-5% təşkil edir.

Medullyar karsinoma C hüceyrə mənşəli olması səbəbi ilə əməliyyat sonrası kalsitonin maddəsi onkomarker kimi xəstəliyin dinamik nəzarətində istifadə olunur. Radioaktiv yod-131 izotopunu toplamadığı üçün müalicəvi əhəmiyyəti yoxdur.

Anaplastik xərçəng: Ən az rast gəlinən formasıdır (təxminən 1%). Çox surətli böyümə-yayılma göstərir və olduqca aqressiv tipidir. Müalicəsində radioterapiya və kimyəvi dərman terapiyası istifadə olunsa da, proqnozu çox pisdir.

 

Qeyd:Qalxanabənzər vəzin xərçəngini erkən aşkarlamaq üçün mütəmadi ultrasəs müayinəsindən keçmək lazımdır. Əgər müayinə zamanı şübhəli düyün aşkar olunarsa qızıl standart hesab olunan incə iynə biopsiyası müayinəsi ilə xərçəng xəstəliyini erkən mərhələdə aşkar etmək mümkündür.


ƏLAQƏ MƏLUMATLARI

(050) 319-33-83

İŞ SAATLARI
B.ERT.-ŞƏNBƏ: 08:00 – 17:00

© Zobhekimi.az Bütün hüquqlar qorunur.