zob xestelerinin diqqet etmesi gereken amiller

02/Oct/2019

Zob və ya qalxanvari vəzi xəstəliyiniz varsa, ilk öncə həkimə müraciət etməlisiniz. Müalicə həkimi sizi müayinə etdikdən sonra bir sıra testlərdən keçirir və müalicə təyin edir.
Zob xəstəliyinizin daha yaxşı müalicə olunmasında həkim qədər siz də rol oynayırsınız. Bununla bağlı aşağıdakılara nəzərə almağınız tövsiyə edilir:

  1. Qalxanabənzər vəzi ilə bağlı aparılan laboratoriya müayinələrinin bir nüsxəsini özünüzdə saxlayın. Həkiminiz testləri sizdən istədikdə, onların surətini çıxararaq qovluğunuzda saxlayın.
  2. Müayinələrdən eyni laboratoriyada keçməyiniz tövsiyə edilir. Seçdiyiniz laboratoriyada hormonların səviyyəsinin düzgün ölçülməsinə diqqət yetirin.
  3. Sərbəst T3 və T4 tireoid hormonlarının səviyyəsinin ölçülməsi daha məqsədəuyğundur. Total T3 və Td tireoid hormanlarını həkim tövsiyə etmədiyi müddətcə ölçdürməyin.
  4. Bir qovluq hazırlayın və müayinələrinizin cavablarını bu qovluqda tarixə görə sıralayın. Hər dəfə həkim qəbuluna getdiyiniz vaxt bu qovluğu da özünüzlə götürün.
  5. Tireoid üçün dərmanlar istifadə edirsinizsə, bir neçə dəfə dozanı vaxtında qəbul etmədikdə bu barədə həkiminizi mütləq məlumatlandırın.
  6. Həkiminiz tireoid iynə biopsiyası təyin etdikdə, qorxmadan mütləq həkimə gedin. Bəzən biopsiya təyin etdiyimiz xəstələri xəstəxanamızda daha görmürük. Əslində bu xəstələr sağlamlıqlarını təhlükə altında qoyduqlarının fərqində olmurlar.
  7. Qalxanvari vəzidən başqa xəstəlik üçün əməliyyat olunacaqsınızsa, bunu mütləq həkiminizə, cərraha və anesteziya mütəxəssisinə bildirin.Əməliyyatdan öncə tireoid hormanları müayinə olunmalıdır.
  8. Zob əməliyyatı olunmusunuzsa, mütləq vaxtaşırı olaraq həkimin qəbulunda olun. Bəzi xəstələr əməliyyat olunduqdan sonra təkrar müayinəyə getmirlər.Əməliyyat olunmuş xəstələrdə bəzən qanda kalsiumun miqdarı azala, hormon səviyyəsində azalma və ya artma ola bilər və ya düyün yenidən inkişaf edə bilər.
  9. Qalxanvari vəzi xərçənginiz varsa, ömrünüz boyu müntəzəm olaraq həkim qəbulunda olmalısınız. Skan müayinələrdən keçməyi, hormon səviyyəsini ölçdürməyi, qanda tireoqlobulin və anti-tireoqlobulin antitelinin miqdarını ölçdürməyi unutmayın.
  10. Əksər qalxanvari vəzi xəstəlikləri genetik yolla keçdiyindən, uşaqlarınızı, qohumlarınızı və ailə üzvlərinizi bu barədə məlumatlandırın və onların da qalxanvari vəzi müayinələrindən keçməli olduqlarını bildirin.
  11. Hamiləlik planlaşdıran zob xəstəliyi olan qadınlar həkimini bu barədə məlumatlandırmalıdır. Hamiləlikdə qalxanavari vəzi hormanlarını daha tez-tez müayinə ediləcək.
  12. Tərkibində levotiroksin olan dərmanlardan istifadə edən qadınlarda xüsusilə klimaks və ya menopauza dövründə tireoid stimulə edici hormon (TSH) səviyyəsi ciddi nəzarət altında saxlanılmalıdır. Dərman dozası yüksək olduqda və tireoid stimulə edici hormon (TSH) səviyyəsi çox azaldıqda, sümük əriməsi baş verə bilər. Buna görə də, həkiminiz müəyyən etdiyi vaxtlarda sümüklərinizi müayinə etdirin və kalsium qəbul edin.
  13. Qalxanabənzər vəziniz normadan çox işləyir və buna görə də, propiltiourasil və ya metimazol dərmanlarından hər hansı birini qəbul edirsinizsə, həkiminizlə məsləhətləşmədən dərmanın istifadəsini dayandırmayın.
  14. Başqa dərmanlar istifadə edirsinizsə və ya istifadə etməyi düşünürsünüzsə, bu dərmanlarla müalicəyə başlayacağınız dərmanların eyni anda istifadəsinin uyğun olub-olmadınığını həkiminizlə məsləhətləşdirin.
  15. Həkimin qəbulunda olarkən şikayətlərin necə və nə vaxt yarandığını, necə özünü büruzə verdiyi, daha əvvəl aldığınız müalicələr və istifadə etdiyiniz dərmanlar barədə həkimə ətraflı məlumat verin. Ailənizin hər hansı birində zob xəstəliyinin olub-olmadığını həkiminizə bildirin.
  16. Müayinəyə gedərkən boğazı açıq geyim geyinin. Boyununuzu bağlayan sviterlər geyinməyin.

02/Oct/2019

Qalxanabənzər vəzi, boyunun ön hissəsində nəfəs borumuzun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında, endokrin sistemimizin ən önəmli vəzilərindən  biridir. Bu vəzinin az işləməsi hipotireoidizm (el arasında tənbəl zob kimi tanınır), çox işləməsi isə toksik ur və ya hipertireoidizm (zəhərli zob) adlanır.
Hipertireoidizm xəstəliyi (zəhərli zob) zamanı xəstələrdə güclü ürək döyüntüləri (taxikardiya), səbəbsiz çəki azalması, əsəbilik, tərləmə, göz almalarının önə doğru çıxması (göz bərəlməsi), istiyə davamsızlıq, ishal və s. kimi əlamətlər müşahidə oluna bilər. Bu xəstələrdə qalxanabənzər vəzi hormonları (sərbəst T3 və T4) olduqca yüksək olurlar. Zəhərli zob diffuz və ya düyünlü ola bilər. Diffuz olan zəhərli zob Graves xəstəliyi kimi də adlandırılır. Zəhərli zob xəstəliyi hər yaşda, hər insanda müşahidə edilə bilər, amma daha çox orta yaşlı qadınlarda rast gəlinir. Graves xəstəliyi autoimmun xəstəlikdir, yəni xəstənin öz immun sisteminin ortaya çıxardığı bir vəziyyətdir. Belə xəstələrdə sonsuzluq problemi yarana bilir. Lakin xəstənin qalxanabənzər vəzi hormonlarının müalicə ilə normal balansı təmin olunduqda reproduktiv sistemin funksiyaları öz-özlüyündə bərpa oluna bilər. Zəhərli zobların əsasən 3 növ müalicəsi mövcuddur. 1) Dərman müalicəsi, əsasən qanda toksikliyi (zəhərliliyi) azaltmaq məqsədi ilə müvəqqəti olaraq istifadə olunur. Bəzi araşdırmalarda 20% xəstələrdə uzun müddətli effektli olduğu deyilir. Ümumiyyətlə zəhərli zobların dərmanla müalicəsi ABŞ-da və Avropa ölkələrində 2 ildən artıq istifadəsi qadağandır. Çunki, bu dərmanları uzun müddət istifadə etdikdə, qaraciyəri və sümük iliyini ciddi şəkildə sıradan çixardır və bu orqanların son dərəcə ağır xəstəliklərinə səbəb olur. Çox böyük təəssüf hissi ilə vurğulamalıyam ki, ölkəmizdə bəzi həkimlər hələ də, zəhərli zobların müalicəsində bu dərmanlardan illərlə istifadə edərək insanları “sağaltmağa”  çalışırlar. 2) Cərrahi müalicə də, zəhərli zobların müalicəsində istifadə olunsa da, son zamanlar öz populyarlığını artıq itirməkdədir. Bu müalicə növünün ağırlaşmalarının və  risklərinin çox olması (boğazda estetik qüsurun olması, xüsusilə gənc xanımlarda, səs sinirinin cərrahi əməliyyat zamanı zədələnməsi, paratireoid vəzilərin zədələnməsi və s.) səbəbi ilə artıq ABŞ-da və Avropa ölkələrində cərrahi əməliyyatlardan mümkün olduğunca imtina olunmuşdur. Yalnız, çox cuzi xəstə qruplarında cərrahi müalicədən istifadə olunur. 3) Radioaktiv yod-131 müalicəsi isə zəhərli zobların müalicəsində ən çox istifadə olunan müalicə metodudur. Artıq 60 ilə yaxındır ki, bu müalicə növü ABŞ-da çox böyük uğurla istifadə olunur. Radioaktiv yod müalicəsi qeyri invaziv bir üsul olmaqla yanaşı həmçinin praktik (qəbulu asan olmaqla) olduqca effektiv bir müalicə üsuludr. Beləki, zəhərli zobu olan və radioaktiv yod müalicəsi qəbul edən xəstələrdə ~97% sağalma müşahidə olunmuşdur. Statistik məlumatlar göstərir ki, ABŞ-da zəhərli zobu olan xəstələrin ~95%-ə radioaktiv yod-131 müalicəsi təyin olunmuşdur. Son illər ölkəmizdə gedən güclü inkişaf səhiyyə sahəsində də, özünün müsbət nəticələrini göstərmişdir. Artıq Respublikamızda 2011-ci ildən etibarən radioaktiv yod-131 müalicəsi ABŞ-da və Avropa ölkələrində olduğu kimi yüksək standartlara uyğun olaraq çox böyük uğurla tətbiq edilir. Xarici ölkələrdə nüvə təbabəti ixtisasına yiyələnmiş həkimlərimiz tərəfindən qalxanabənzər vəzin zəhərli formaları ilə yanaşı, digər xəstəliklərinin də, müasir diaqnostikası və müalicəsi  aparılır.

Dr. Fuad Əliyev
Tel. 050 319 33 83


usm-nezareti-altinda-tiroid-duyunlerinin-ince-iyne-aspirasion-biopsiyasi.jpg
02/Oct/2019

US nəzarəti altında tiroid düyünlərinin incə iynə aspirasion biopsiyası.

Tiroid düyünlərinin incə iynə aspirasion biopsiyası nədir? Qalxanabənzər Vəzi düyünlərinin incə iynə aspirasion biopsiyası (İİAB) müayinəsi düyünlü ur xəstəliyi (düyünlü zob) zamanı, düyünlərdə xərçəng hüceyrələrinin varlığının araşdırılması üçün istifadə olunan çox önəmli bir müayinə üsuludur. Əgər İİAB ultrasəs rəhbərliyi altında aparılarsa %95 kimi yüksək dəqiq nəticələrə nail olmaq mümkündür. İİAB-ı ilk dəfə 1952-ci ildə, İsveçin Karolinska Tibb Mərkəzində həkim Söderström tərəfindən istifadə edilmişdir. Daha sonra, hər sahədə olduğu kimi,1970-ci ildə Amerika Birləşmiş Ştatlarında bu müayinə üsulu istifadə edilmiş və bütün dünyada populyarlıq qazanmış və yayılmışdır. Təəssüf hissi ilə bildirim ki, Ölkəmizdə bu müayinə metodu 2011-ci ildən sonra həkimlərimiz tərəfindən qismən qəbul edilməyə başlansa da, hələ də, çox az istifadə olunur. Statistik məlumatlara görə, İİAB müayinəsi ABŞ-da tətbiq edildikdən sonar tiroid əməliyyatlarında 50% azalma müşahidə olunmuşdur. Bu da, onu bir daha sübut edir ki, tiroid İİAB-sı gərərksiz cərrahi əməliyyatların qarşısını alan çox dəqiq bir müayinə üsuludur.

Hansı düyünlərə İİAB müayinsəi lazımdır? Düyünlü ur (düyünlü zob) xəstəliyi olan və düyünün ölçüsünün 1 sm-dən böyük olan, sintiqrafiya müayinəsində soyuq kimi izlənən düyünlərin İİAB müayinəsi mütləqdir. Çox nadir hallarda 1 sm-dən kiçik düyünlərin biopsiyası oluna bilər, lakin bunun üçün boyun bölgəsində patoloji limfa düyünlərinin olması gərəkir.

İİAB müayinəsinə xəstə hazırlığı lazımdırmı? Bu müayinə üçün ciddi bir hazırlıq (ac və ya tox qarnına olması fərq etməz) gərəkməz, lakin bəzi xəstələr qan durulducu preparatların (aspirin və s.) istifadəsinin 3 gün öncə dayandırması gərəkir.

İİAB müayinəsinə zərərlidirmi? Xeyir. Adətən el arasında yayılmış və heç bir araşdırmaya dayanmayan yayılan şaiyələr içində, düyünə toxunma, erkək idi dişiyə çevrilər, yatmış hüceyrələri oyatmaq olmaz kimi mif ifadələr mövcuddur.

Tiroid incə İynə aspirasion biopsiyası (İİAB) müayinəsi ağrısızdır və hər hansı bir ağrıkəsici preparata ehtiyac olmur.


02/Oct/2019

Hamiləlikdə uşaqsalma və qalxanabənzər vəzi
Qalxanabənzər vəzi xəstəlikləri, qadınlarda menstrual tsikli və ovulyasiyanı (yumurtlama) pozaraq hamiləliyə mane olur.
Uşaq istədiyi halda hamilə qala bilməyən qadınlarda TSH, sərbəst T3, sərbəst T4 və anti-TPO (tireoperoksidazaya qarşı anticisimlər) yoxlanılmalıdır. TSH (tiroid stimulə edici hormon) səviyyəsi yüksək olan qadınlara tireoid hormonu əvəzedici dərmanlar yazıla bilər. Anti-TPO səviyyəsi yüksək olan lakin hamilə qala bilməyən qadınlara da əvəzedici tiroid terapiyası tətbiq edilə bilər. Selenium terapiyası da bu qadınlar üçün faydalı ola bilər.
Qalxanabənzər vəzi hormonların çox və ya az sekresiyası qadınlarda menstrual tsikli pozur və hamiləliyə mane olur.
Tiroid hormonlarının sekresiyası yüksək olan (zəhərli zob) qadınlara isə başqa müalicə planı təyin olunur.
Hamilə qala bilməyən qadınlarda yod çatışmazlığının olub-olmadığı yoxlanılmalıdır. Yod çatışmazlığı ovulyasiyanı poza bilər.
Hamilə qala bilməmək və ya sonsuzluq problemi qadınlarda əsasən endometriozis adlanan yumurtalığın daxilini örtən təbəqənin xəstəliyi (11%), yumurtalıq kanallarının xəstəliyi (30%) və yumurtalıqların düzgün işləməməsi (59%) səbəbiylə yaranır.
Hamilə qala bilməyən qadınların 18%-nin qanlarında anti-TPO səviyyəsini yüksək olduğu aşkarlanmışdır. Bununla yanaşı, endometriozis xəstəliyi olan qadınların 50%-də, yəni hər iki xəstədən birində anti-TPO səviyyəsini yüksək olduğu müəyyən edilmişdir. Bu antitelin yüksək olmasının hamiləliyə necə mane olduğu isə tam öyrənilməmişdir. Məlum olan mexanizm bu antitellərin tiroid hormonlarının sekresiyasının azalmasına səbəb olması və ovulyasiyanı pozmasıdır.
Anti-TPO antiteli yüksək olan və tiroid hormonlarının sekresiyası az olan qadınlarda süni mayalandırmada müvəffəqiyyət faizi aşağıdır. Bu səbəbdən bu qadınlar süni mayalandırmadan öncə müalicə almalıdır. İn vitro mayalandırma (süni mayalandırma) yolu ilə dünyaya uşaq gətirmək istəyən qadınlarda anti-TPO səviyyəsi yüksək olduqda, uğursuzluq riski artır. Qalxanabənzər vəzinin normadan az işləməsi menstrual tezliyi azaldır və menstruasiya zamanı qanaxmanın miqdarını artırır. Qanaxmanın yüksək olması bu xəstəlikdə yaranan qan laxtalanmasının azalmasına və ya qanın həddindən artıq durulaşması ilə bağlıdır. Hipotiroidizmi olan qadınların 23.4%-də menstrual nizamsızlıq müşahidə olunur.
Qalxanabənzər vəzi normadan az işləyən qadınlarda cinsi istək azaldığı üçün ovulyasiya pozulur və hamilə qalma şansı da, azalır. Qalxanabənzər vəzin yüngül çatışmazlığı (subklinik hipotiroid) olan qadınlar (sadəcə TSH hormonu yüksək, T3 və T4 hormonu normal olanlar) hamilə qalsalar da, dölün inkişafdan qalması və düşmə riski yüksəkdir.
Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, süni mayalandırmaya müraciət edəcək qadınlar və ya sonsuzluq problemi olan qadınlar mütləq TSH, T4 və anti-TOP antitelini yoxlatdırmalıdır. Anada tiroid hormonlarının normal olması xüsusilə hamilələyin ilk üç ayında döl beyninin inkişafı üçün çox vacibdir. Ana bətnindəki uşağın beyin inkişafı bu ilk üç ayda anadan göbək bağı ilə gələn tiroid hormonlarından asılıdır. Anada tiroid hormonlarının sekresiyası az olduqda, körpənin beyni yaxşı inkişaf etmir. 12-ci həftədən sonra körpə tiroid hormonlarını özü ifraz etməyə başladığı üçün ilk 3 ay böyük əhəmiyyət daşıyır. Anada hamiləliyin əvvəlində qalxanabənzər vəzin çatışmazlığının olması (tiroid hormonlarının sekresiyasının az olması) körpənin zəka səviyyəsinin (İQ) aşağı olmasına səbəb olur. Aparılan elmi araşdırmalar nəticəsində tiroid hormonları az olan anadan doğulan uşaqlarda zəka səviyyəsinin 35%-dən az olduğu aşkar olunmuşdur. Bu uşaqların məktəbdə uğurları və dostları ilə münasibətləri də aşağı səviyyədədir. Bu səbəbdən hamilə olduğunu öyrənən bütün analar vaxt itirmədən tiroid hormonlarını müayinə etdirməlidirlər.
Hər 100 hamilə qadının 2 və ya 3-də diaqnoz qoyulmamış qalxanabənzər vəzi çatışmazlığı var. Bu, xüsusilə qanında anti-TPO səviyyəsi yüksək olan hamilə qadınlarda daha yüksək olub 15% nisbətində rast gəlinir. Bu səbəbdən hamilə qalmadan öncə qanınızda anti-TPO səviyyəsinin yüksək olması hamiləlikdə qalxanabənzər vəzin çatışmazlığının baş verməsi riskinin yüksək olması deməkdir.
Hamiləlik dövründə yod çatışmazlığı olan qadınlarda da tiroid hormonlarının sekresiyasında azalma baş verir. Bu səbəbdən hamiləlik dövründə yodlaşdırılmış duz qəbul etmək vacibdir.
Daha əvvəldən qalxanabənzər vəzin çatışmazlığı varsa, istifadə etdiyiniz Levotiroksin dərmanın dozasını hamilə qaldığını öyrəndiyiniz vaxt tənzimləmək üçün həkimə müraciət edərək müayinələrdən keçin.
Qalxanabənzər vəzin çatışmazlığı olan hamilə qadınlarda düşmə riskinin yüksəldiyini unutmayın. Tiroid hormonları normadan az işləyən qadınlarda uşaqsalma sayının hamiləliyin 4-6-cı ayları arasındakı müddətdə dörd dəfə daha çox olduğu müəyyən edilmişdir.
Tiroid hormon çatışmazlığı aşkarlanan hamilə qadınlarda müalicə çox asandır. İstifadə edəcəyiniz Levotiroksin dərmanı hormonlarınızı dərhal tənzimləyir.
Körpənin beyninin inkişafına təsir edən digər bir hal ananın zəruri miqdarda yod qəbul edib-etməməsidir. Hamiləlik və süd ilə qidalandırma dövründə yod çatışmazlığı körpələrin beyninin inkişafdan geri qalmasına səbəb olur. Hamilə və ya körpəsini süd ilə qidalandıran qadınlar yod ehtiyacını yodlaşdırılmış duz və ya tərkibində yod olan multivitaminlər qəbul edərək ödəyə bilər. Hamilə qadınlar gündə 200 mq yod qəbul etməlidir. Bu miqdarda yod multivitaminlərin tərkibində olan yodla təmin edilə bilər. Süd ilə qidalandırma dövründə isə qadınların gündə 200 mq yod qəbul etməsi vacibdir.

 


02/Oct/2019

Hamiləlikdə radioaktiv yod qəbulu təhlükəlidir; körpədə əlilliyə səbəb ola bilər!
Hamiləlikdə dərman müalicəsi aparılır. Propiltiourasil və ya Metimazol preparatlarının hər ikisinin qəbulu mümkün olsa da, göbək bağından körpəyə daha az keçdiyi üçün Propiltiourasil preparatına üstünlük verilir. Müayinələr zamanı sərbəst T4 və TSH səviyyələri birlikdə yoxlanılır.
Hamilə qalmadan öncə Graves xəstəliyi olan qadınlarda hamilə qaldıqdan sonra Graves xəstəliyinin şiddəti azalır və bu səbəbdən dərmanın dozasını azaltmaq və ya dərmandan istifadəni dayandırmaq zəruri ola bilər. Qeyd etdiyimiz kimi, hamiləlik xəstəliyin şiddətini azaldır. Hamilə Graves-li xəstələrin körpələrində doğumdan sonra hipertireodizm yaranma riski olduğu üçün ginekoloq və uşaq xəstəlikləri üzrə mütəxəssis tərəfindən körpə müayinə olunmalı və analizlər alınmalıdır. Xəstəxanada uşaq endokrinoloqu varsa, onunla məsləhətləşmək də tövsiyyə olunur.


duyunlu-ur-xesteliyi-nedir-2.jpg
02/Oct/2019

Ətraf qalxanabənzər vəzi parenximasından fərqli olan və radioloji olaraq ayırd edilə bilən,  zədələnmə sahəsinə tiroid düyünü (düyünlü zob) deyilir.
Tiroid düyünləri xəstənin özü tərəfindən və bəzən həkimin fiziki müayinəsi zamanı boyunda kütlə ələ gəlməsi ilə,  USM və ya başqa müayinə metodları zamanı təsadüfən (insidental) aşkar edilə bilər.
Rast gəlmə tezliyi: Palpasiya ilə  (əl ilə müayinə zamanı) kişilərdə 1% və qadınlarda 5% təşkil edir.Ultrasəs müayinəsinin yayılması ilə bu rəqəm artaraq 19%-68% təşkil etmişdir.


ABŞ-da otopsiyaların nəticəsinə görə tiroid düyünlərinin rast gəlmə tezliyi 50% olaraq göstərilmişdir.
Düyünlü zob xəstəliyi tək və çox düyünlü olaraq özünü göstərə bilər.
Bunlar da, öz növbəsində zəhərli və zəhərsiz (eutiroid vəziyyət) formada ola bilərlər.
Düyünlü ur xəstəliyi hələ xərçəng demək deyil və onların çox az bir hissəsi xərçəng xəstəliyi riski daşıyır.
Belə ki, bütün tiroid düyünlərinin ancaq ~ 7%-15%  xərçəng xəstəliyi riskini daşıyır (yaşdan, cinsdən, radiasiyaya məruz qalmadan, genetikadan və digər faktorlardan asılı olaraq).


qalxanabenzer-vezi-haqqinda.png
01/Apr/2019

Qalxanabənzər Vəzi boynumuzun ön hissəsində (nəfəs borumuzun önündə) yerləşən təxminən 20-25 qr ağırlığında bir endokrin sistem vəzisidir. Bu vəzin istehsal etdiyi hormonlar (T3 və T4) sayəsində orqanizmin metabolizması adətən bir mexanik saat kimi işləyir. Qalxanabənzər vəzin müxtəlif xəstəlikləri (zob) zamanı, onun funksiyası pozulur və nəticədə orqanizmamızda bəzi dəyişikliklər baş verir.

Qalxanabənzər vəzin istehsal etdiyi hormonlar insanın bütün orqan və sisteminə öz təsirini göstərir.

Qalxanabənzər vəzimiz olmazsa və ya funksiyası pozularsa nə baş verər?

  1. Qadınlarda hamilələlik problemləri baş verər.
  2. Hamiləlik dövründə ana bətnində olan uşağın orqanları, həmçinin beyni inkişaf etməz (zəka geriliyi).
  3. Uşaqlarda boy artımı normal olmaz.
  4. İnsanlarda reproduktiv fəaliyyət pozular (sonsuzluq baş verər).
  5. Metabolizmamız pozular və nəticədə, yorğunluq-halsızlıq, qan azlığı, çəki azalması-çoxalması, saçlarda tökülmə, tərləmə, soyuğa-istiyə davamsızlıq, ürək fəaliyyətinin pozulması və s. bu kimi bir sıra patoloji dəyişikliklər baş verir.

zob-hekimi-az.jpg
01/Apr/2019

Zob, qalxanabənzər vəzin qeyri-normal patoloji böyüməsidir. Böyüklərdə zob diffuz (düyünsüz), tək düyünlü və ya çox düyünlü formalarında ola bilər. Həmçinin, zob qalxanabənzər vəzin hormonlarının normal, azalmış və ya artmış ifrazı ilə müşahidə edilə bilər.

ETİOLOGİYASI (YARANMA SƏBƏBİ).

Zobun yaranma səbəbi tam olaraq bilinməsə də, əksər hallarda yodun çatışmazlığı səbəbindən inkişaf etdiyi irəli sürülür. Azərbaycanda yod çatışmazlığı ciddi problem olmuşdur və bu səbəbdən zob ölkədə, xüsusilə də, dağlıq zonalarda geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə isə yod çatışmazlığı problemi duzların sənayedə yodlaşdırılması ilə aradan qaldrılsa da, o ölkələrdə də, zob xəstəliklərinə rast gəlinir. Bir başqa nəzəriyyəyə əsasən, yodun çoxluğunda da, bəzi zob xəstəikləri əmələ gəlir.

Xəstələrin bir çoxunda nəsildə zob xəstəliyinin olduğu müəyyən edilir. Buna görə də, zob xəstəliyində genetik faktorların da rol oynadığı nəzərdən keçirilir.

 

PATOFİZİOLOGİYA.

Zobu olan xəstələrdə, vəzin böyümə inkişafının əsas səbəblərindən  biri, TSH və ya tiroid stimullaşdırıcı hormonun ifrazının artmasıdır. Halbuki, sporadik qeyri-toksik çoxdüyünlü zobu olan xəstələrdə TSH-nun səviyyəsi normada olur. Bu xəstələrdə tiroid vəzi toxumasının böyüməsi, TSH də daxil olmaqla, bir neçə müxtəlif böyümə faktorunun qalxanabənzər vəzin follikulyar hüceyrələrinə təsiri ilə bağlıdır. Müxtəlif böyümə faktorunun təsiri nəticəsində tiroid vəzinin diffuz, daha sonra isə tək və ya çoxdüyünlü böyüməsi baş verir. Bu düyünlərin bəzilərində TSH reseptoru və ya G zülallarda baş verən aktivləşdirici mutasiyalar hesabına, həmin düyünlərin avtonom olmasına səbəb ola bilir.


zeherli-zobun-birdefelik-mualicesi-800x430.jpg
01/Apr/2019

ZƏHƏRLİ ZOBLARIN RADİOAKTİV YOD-131 ÜSULİ İLƏ (CƏRRAHİ ƏMƏLİYYATSIZ) TAM VƏ BİRDƏFƏLİK MÜALİCƏSİ MÜMKÜNDÜR.

Qalxanabənzər vəzi, boyunun ön hissəsində nəfəs borumuzun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında, endokrin sistemimizin ən önəmli  vəzilərindən  biridir. Bu vəzinin az işləməsi hipotireoidizm (el arasında tənbəl zob kimi tanınır), çox işləməsi isə toksik ur və ya hipertireoidizm (zəhərli zob) adlanır.

Hipertireoidizm xəstəliyi (zəhərli zob) zamanı xəstələrdə güclü ürək döyüntüləri (taxikardiya), səbəbsiz çəki azalması, əsəbilik, tərləmə, göz almalarının önə doğru çıxması (göz bərəlməsi), istiyə davamsızlıq, ishal və s. kimi əlamətlər müşahidə oluna bilər. Bu xəstələrdə qalxanabənzər vəzi hormonları (sərbəst T3 və T4) olduqca yüksək olurlar. Zəhərli zob diffuz və ya düyünlü ola bilər. Diffuz olan zəhərli zob Graves xəstəliyi kimi də adlandırılır. Zəhərli zob xəstəliyi hər yaşda, hər insanda müşahidə edilə bilər, amma daha çox orta yaşlı qadınlarda rast gəlinir. Graves xəstəliyi autoimmun xəstəlikdir, yəni xəstənin öz immun sisteminin ortaya çıxardığı bir vəziyyətdir. Belə xəstələrdə sonsuzluq problemi yarana bilir. Lakin xəstənin qalxanabənzər vəzi hormonlarının müalicə ilə normal balansı təmin olunduqda reproduktiv sistemin funksiyaları öz-özlüyündə bərpa oluna bilər. Zəhərli zobların əsasən 3 növ müalicəsi mövcuddur. 1) Dərman müalicəsi, əsasən qanda toksikliyi (zəhərliliyi) azaltmaq məqsədi ilə müvəqqəti olaraq istifadə olunur. Bəzi araşdırmalarda 20% xəstələrdə uzun müddətli effektli olduğu deyilir. Ümumiyyətlə zəhərli zobların dərmanla müalicəsi ABŞ-da və Avropa ölkələrində 2 ildən artıq istifadəsi qadağandır. Çunki, bu dərmanları uzun müddət istifadə etdikdə, qaraciyəri və sümük iliyini ciddi şəkildə sıradan çixardır və bu orqanların son dərəcə ağır xəstəliklərinə səbəb olur. Çox böyük təəssüf hissi ilə vurğulamalıyam ki, ölkəmizdə bəzi həkimlər hələ də, zəhərli zobların müalicəsində bu dərmanlardan illərlə istifadə edərək insanları “sağaltmağa”  çalışırlar. 2) Cərrahi müalicə də, zəhərli zobların müalicəsində istifadə olunsa da, son zamanlar öz populyarlığını artıq itirməkdədir. Bu müalicə növünün ağırlaşmalarının və  risklərinin çox olması (boğazda estetik qüsurun olması, xüsusilə gənc xanımlarda, səs sinirinin cərrahi əməliyyat zamanı zədələnməsi, paratireoid vəzilərin zədələnməsi və s.) səbəbi ilə artıq ABŞ-da və Avropa ölkələrində cərrahi əməliyyatlardan mümkün olduğunca imtina olunmuşdur. Yalnız, çox cuzi xəstə qruplarında cərrahi müalicədən istifadə olunur. 3) Radioaktiv yod-131 müalicəsi isə zəhərli zobların müalicəsində ən çox istifadə olunan müalicə metodudur. Artıq 60 ilə yaxındır ki, bu müalicə növü ABŞ-da çox böyük uğurla istifadə olunur. Radioaktiv yod müalicəsi qeyri invaziv bir üsul olmaqla yanaşı həmçinin praktik (qəbulu asan olmaqla) olduqca effektiv bir müalicə üsuludr. Beləki, zəhərli zobu olan və radioaktiv yod müalicəsi qəbul edən xəstələrdə ~97% sağalma müşahidə olunmuşdur. Statistik məlumatlar göstərir ki, ABŞ-da zəhərli zobu olan xəstələrin ~95%-ə radioaktiv yod-131 müalicəsi təyin olunmuşdur. Son illər ölkəmizdə gedən güclü inkişaf səhiyyə sahəsində də, özünün müsbət nəticələrini göstərmişdir. Artıq Respublikamızda 2011-ci ildən etibarən radioaktiv yod-131 müalicəsi ABŞ-da və Avropa ölkələrində olduğu kimi yüksək standartlara uyğun olaraq çox böyük uğurla tətbiq edilir. Xarici ölkələrdə nüvə təbabəti ixtisasına yiyələnmiş həkimlərimiz tərəfindən qalxanabənzər vəzin zəhərli formaları ilə yanaşı, digər xəstəliklərinin də, müasir diaqnostikası və müalicəsi  aparılır.

Dr. Fuad Əliyev

Tel. 050 319 33 83

 


tiroid-duyunlerinin-biopsiyasi.png
01/Apr/2019

US nəzarəti altında tiroid düyünlərinin incə iynə aspirasion biopsiyası.

Tiroid düyünlərinin incə iynə aspirasion biopsiyası nədir? Qalxanabənzər Vəzi düyünlərinin incə iynə aspirasion biopsiyası (İİAB) müayinəsi düyünlü ur xəstəliyi (düyünlü zob) zamanı, düyünlərdə xərçəng hüceyrələrinin varlığının araşdırılması üçün istifadə olunan çox önəmli bir müayinə üsuludur. Əgər İİAB ultrasəs rəhbərliyi altında aparılarsa %95 kimi yüksək dəqiq nəticələrə nail olmaq mümkündür. İİAB-ı ilk dəfə 1952-ci ildə, İsveçin Karolinska Tibb Mərkəzində həkim Söderström tərəfindən istifadə edilmişdir. Daha sonra, hər sahədə olduğu kimi,1970-ci ildə Amerika Birləşmiş Ştatlarında bu müayinə üsulu istifadə edilmiş və bütün dünyada populyarlıq qazanmış və yayılmışdır. Təəssüf hissi ilə bildirim ki, Ölkəmizdə bu müayinə metodu 2011-ci ildən sonra həkimlərimiz tərəfindən qismən qəbul edilməyə başlansa da, hələ də, çox az istifadə olunur. Statistik məlumatlara görə, İİAB müayinəsi ABŞ-da tətbiq edildikdən sonar tiroid əməliyyatlarında 50% azalma müşahidə olunmuşdur. Bu da, onu bir daha sübut edir ki, tiroid İİAB-sı gərərksiz cərrahi əməliyyatların qarşısını alan çox dəqiq bir müayinə üsuludur.

Hansı düyünlərə İİAB müayinsəi lazımdır? Düyünlü ur (düyünlü zob) xəstəliyi olan və düyünün ölçüsünün 1 sm-dən böyük olan, sintiqrafiya müayinəsində soyuq kimi izlənən düyünlərin İİAB müayinəsi mütləqdir. Çox nadir hallarda 1 sm-dən kiçik düyünlərin biopsiyası oluna bilər, lakin bunun üçün boyun bölgəsində patoloji limfa düyünlərinin olması gərəkir.

İİAB müayinəsinə xəstə hazırlığı lazımdırmı? Bu müayinə üçün ciddi bir hazırlıq (ac və ya tox qarnına olması fərq etməz) gərəkməz, lakin bəzi xəstələr qan durulducu preparatların (aspirin və s.) istifadəsinin 3 gün öncə dayandırması gərəkir.

İİAB müayinəsinə zərərlidirmi? Xeyir. Adətən el arasında yayılmış və heç bir araşdırmaya dayanmayan yayılan şaiyələr içində, düyünə toxunma, erkək idi dişiyə çevrilər, yatmış hüceyrələri oyatmaq olmaz kimi mif ifadələr mövcuddur.

Tiroid incə İynə aspirasion biopsiyası (İİAB) müayinəsi ağrısızdır və hər hansı bir ağrıkəsici preparata ehtiyac olmur.


ƏLAQƏ MƏLUMATLARI

(050) 319-33-83

İŞ SAATLARI
B.ERT.-ŞƏNBƏ: 08:00 – 17:00

© Zobhekimi.az Bütün hüquqlar qorunur.